AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputatlar banklara çağırış edib

Deputatlar banklara çağırış edib

İqtisadiyyat
01 Aprel 2020, 21:30 417
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları banklara çağırış edib. 
APA-nın məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası zamanı komitə üzvləri ölkədə fəaliyyət göstərən banklara çağırış edib. 

Millət vəkili Elnur Allahverdiyev bildirib ki, komitə üzvləri banklara pandemiya şəraitində təqaüdçülərə təqaüdlərin verilməsi ilə bağlı çağırış ünvanlayıblar:
"Təqaüdlərin verilməsi zamanıdır. Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun. Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq”.