• cümə, 19 Aprel, 14:32
  • Baku Bakı 25°C

Deputat: “Sovet təfəkkürü qanunlarda yox, müəllimlərin şüurunda qalmaqdadır”

27.10.20 12:26 413
Deputat: “Sovet təfəkkürü qanunlarda yox, müəllimlərin şüurunda qalmaqdadır”
"Kvalifikasiya anlayışı Boloniya prosesinin iki mühüm şərtini gerçəkləşdirir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.
O bildirib ki, qəbul edilən qanunlarda sovet təfəkkürü qalmayıb: "Bu, müəllimlərin təfəkküründə qalmaqdadır. Bir sıra sahələrdə də yeni dərsliklər yazılmır. Bu mühüm sənəddə təhsilin məzmununun Boloniya prinsiplərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu, qaçılmazdır. Kurrikulum anlayışında da sovet təfəkkürü yoxdur. Azərbaycan təhsil sistemində kurrikulum yeni anlayışdır. Pandemiya ilə bağlı distant təhsilin tətbiqi zərurət halını aldı. Təhsil haqqında yeni qanun yazmaq yox, qanundakı anlayışları düzgün tətbiq etmək lazımdır”.

Ad -00:13
ƏTRAFLI
Project GLO
Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, nazirlikdə çox mötəbər universitetlərdə oxuyan gənclərimizdən diplomların tanınması ilə bağlı dəxlisiz sənədlər tələb olunur: "Ali məktəblərə bu etinasız münasibət aradan qaldırılmalıdır. Diplomların tanınması üçün sənədlər açıq şəkildə elektron formada tələb olunmalıdır. Dövlət universitetləri ilə özəl universitetlər arasında elə bir fərq qalmayıb. Artıq elə dövlət universitetləri var ki, onlarda təhsil haqqı özəldən qat-qat çoxdur. Dünyanın heç bir yerində dövlət universitetlərində olan təhsil haqqının özəldən çox olması təcrübəsi yoxdur. Ümumiyyətlə, bu gün bürokratik əngəllər camaata çox böyük çətinliklər yaradır. Qanun elə yazılmalıdır ki, bu bürokratik əngəllərə yer qalmasın”.
banner

Oxşar Xəbərlər