• cümə, 29 Mart, 04:53
  • Baku Bakı 7°C

Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirir”

06.03.21 17:15 871
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirir”
"Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Qurultayda Partiyamızın sədri, Prezidentimiz möhtərəm İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi eyni zamanda bütün partiya üzvləri üçün yeni məsuliyyətlər və vəzifələr müəyyənləşdirdi. Partiya Sədrimiz 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərimizin çağdaş Azərbaycan tarixinin yeni səhifələri olduğunu xüsusi vurğuladı”.
BunuAPA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, Prezident İlham Əliyev son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb: "Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyü bərpa olunub”.
M. İbrahimqızı vurğulayıb ki, son 17 ildə qarşıya məqsədyönlü və düzgün hədəflər qoyulub və onlara nail olunub: "Siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəbi də ölkədə və regionda yaranmış yeni reallıqlardır. Nəzərə alınmalıdır ki, bundan əvvəlki dövrlərdə Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı, Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb”.
Millət vəkili qeyd edib ki, yeni dövrdə Azərbaycanın qarşısında mühüm vəzifələr durur: "Konseptual nöqteyi-nəzərdən Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların, aydın baxışın olması, siyasi dialoqun daha da dərinləşdirilməsi, ölkənin əksər siyasi partiyalarının iqtidarın siyasi dialoq təşəbbüsünü dəstəkləməsi, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, iqtisadiyyatda şəffaflığın, dürüstlüyün dərinləşdirilməsi, inhisarçılığa son qoyulması, özəl sahibkarlığın inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdir. Bu vəzifələr sırasına müstəqil, məqsədyönlü, qətiyyətli və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də daxildir. Dövlət başçısı da YAP-nın VII qurultayında çıxışı zamanı bu vəzifələrdən geniş bəhs etdi. Bu baxımdan YAP-ın da qarşısında duran vəzifələr var. Ümumiyyətlə, YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. YAP gələn il 30 illik yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə tətbiq edilməlidir. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlər də fəal olmalı, ümumi işə öz töhfəsini verməlidirlər. Partiyamızın sədri, Prezident İlham Əliyevin tövsiyələri bu baxımdan bizim üçün proqram xarakteri daşıyır”.
M. İbrahimqızı bildirib ki, dost partiyaların YAP-a qoşulması əlamətdar hadisədir və siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Onun sözlərinə görə, bu göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir: "Sədrimiz bildirib ki, YAP-ın yeni proqramı hazırlanmalı və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidirlər. YAP Böyük Qayıdış proqramını çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır. Partiyamız hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlamalı və bütün lazımi tədbirləri görməlidir. Eyni zamanda Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə öndə olmalı, öz sözünü deməlidir. Bu aspektdəYAP-ın Veteranlar Şurası fəal olmalı, gənc nəslin nümayəndələri ilə görüşməli, onlara ölkə haqqında həqiqətlərin çatdırılmasına öz töhfəsini verməlidir . YAP çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda milli həmrəyliyin daha da möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işləri daha da gücləndirməlidir. Partiyamız bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində fəal olmalıdır”.

banner

Oxşar Xəbərlər