Daun, talassemiya, autizm və hemofiliyalı uşaqlar üçün bayram tədbiri keçirilib
Binəqədi rayon ərazisində yerləşən "Atrium”əyləncə mərkəzində Binəqədi rayon İcra Hakimiyyəti (RİH), "FAB Boya və Kimya Sənayesi MMC" nin birgə təşkilatçılığı ilə daun, talassemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən RİH başçısının müavini Aygün Əliyeva xəstəlikdən əziyyətçəkən uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşdırılıb. Ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi xüsusi diqqət daha geniş şəkildə ölkəmizdə vüsət almağa başlayıb. Artıq bu qayğı kütləvi xarakter daşıyır”, - deyə o bildirib.
Tədbir müxtəlif əyləncəli şou-proqram, Nuray Rəhmanın ifaları və "Star Kids" MMC nin moda nümayişi ilə davam etdirilib.