• cümə, 26 Aprel, 08:21
  • Baku Bakı 12°C

Dairəvi yolda hərəkət dayandı

25.08.14 10:54 1279
Dairəvi yolda hərəkət dayandı
Təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics” verilən məlumata görə, bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.
Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.
banner

Oxşar Xəbərlər