AZE | RUS | ENG |

Daha 3 rayonun kəndləri qazlaşdırılıb

Daha 3 rayonun kəndləri qazlaşdırılıb
Göygöl rayonunun Çaykənd kəndinə təbii qaz verilib. "Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 590 fərdi evdən ibarət olan yaşayış məntəqəsinin qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 min 256 metr müxtəlif diametrli polad borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Saatlı rayonunun Azadkənd kəndinə də təbii qaz verilib. Ümumilikdə 403 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 52 min 291 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Astarada isə Rinə kəndinə təbii qaz verilib. 122 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 790 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917