• çərşənbə axşamı, 19 mart, 13:43
  • Baku Bakı 8°C

Cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulu

23.09.18 09:00 718
Cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulu
Lerik və Yardımlı rayonlarında elektrik enerjisi infrastrukturu yenidən qurulur.
"Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, əhalinin, kənd təsərrüfatı, sənaye, turizm və iaşə obyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb.
Ölkəmizin turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, "Azərişıq” ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub” Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-dək yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib.

"Cənub” RETSİ-yə daxil olan Yardımlı rayonunda da bu ilin 9 ayı ərzində elektrik enerjisinin ötürülməsində əhəmiyyətli dəyişikliyə nail olunub. Abonentlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün "Azərişıq” ASC tərəfindən Yardımlı rayonu ərazisində 70 ədəd 10 kilovoltluq metal dayaq, 828 ədəd 0.4 kilovoltluq metal dayaq basdırılıb, 38.220 metr məsafədə kabelləşmə işi aparılıb. Yeni güc mənbəsi kimi 9 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Rayonun bütün kəndlərində çətin relyef və məsafə uzaqlığına baxmayaraq, təmir-bərpa işləri aparılıb, abonentlər etibarlı elektrik enerjisi ilə təmin olunub. Hazırda rayonun Ostayır və Dəlləkli kəndlərində son tamamlama işləri aparılır. Yardımlı şəhərində və Ostayır kəndlərində 486 abonent yeni smart tipli sayğaclarla təmin edilib. Qarşıdan gələn qış fəslini nəzərə alaraq, rayonun bütün kəndlərində yoxlama-sınaq işləri də həyata keçirilir.
Hazırda Lerik və Yardımlı rayonlarında 0,4 kilovoltluq elektrik şəbəkələrinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir.

banner

Oxşar Xəbərlər