• şənbə, 27 Aprel, 02:07
  • Baku Bakı 14°C

"Cənub Qaz Dəhlizi"nə 1,5 milyard dollar cəlb etmək planlaşdırılır

09.10.18 12:37 482
"Cənub Qaz Dəhlizi"nə 1,5 milyard dollar cəlb etmək planlaşdırılır
Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb edəcəyinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O qeyd edib: "Biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq".
Bundan əvvəl məlumat verilirdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.
banner

Oxşar Xəbərlər