• cümə, 26 Aprel, 11:02
  • Baku Bakı 12°C

“Cənub Qaz Dəhlizi” layihəsindən bir çox ölkə bəhrələnəcək"

31.05.18 12:43 603
“Cənub Qaz Dəhlizi” layihəsindən bir çox ölkə bəhrələnəcək"
"Cənub Qaz Dəhlizi” Azərbaycan, Gürcüstan, Türkiyə, həm də Avropa üçün böyük əhəmiyyətə malikdir".
"APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi” layihəsindən bir çox ölkə bəhrələnəcək: "Azərbaycanın böyük qaz ehtiyatları mövcuddur. İndi isə yaradılan "Cənub Qaz Dəhlizi” bu qazı beynəlxalq bazara çıxara biləcək”.
X. Yusifzadə bildirib ki, milyardlarla kubmetr qaz hasil etmək mümkündür, amma bu yanacağın satışının təşkil olunması daha mühümdür: "Cənub Qaz Dəhlizi bu qazı beynəlxalq bazarlara çıxara biləcək. Bu isə çox əhəmiyyətlidir”.
banner

Oxşar Xəbərlər