• cümə, 26 Aprel, 17:42
  • Baku Bakı 23°C

“Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyət daşıyır"

15.02.18 15:40 745
“Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyət daşıyır"
"Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyət daşıyır.
"APA-Economics" xəbər verir ki, bunuAvropa Komissiyasının Enerji Birliyi üzrə vitse- prezidenti Maroş Şefçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib.
Layihə üzrə görülən işlərin cədvələ uyğun getdiyini vurğulayan M.Şevçoviç bu layihənin icrasına verdiyi dəstəyə görə prezidentİlham Əliyevə təşəkkür edib.
O,Avropa İttifaqının layihəyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq, enerji təhlükəsizliyinin Avropada getdikcə daha böyük əhəmiyyət daşıdığını vurğulayıb.
M. Şevçoviç bu layihə çərçivəsində ilk qazın bu il Türkiyəyə nəqlinin gözlənildiyini, 2020-ci ildə isə Avropaya çatdırılmasının proqnozlaşdırıldığını deyib.
O, məhsuldar əməkdaşlıqda məmnun olduğunu qeyd edib.
İclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası iclasının əməkdaşlığı daha da gücləndirdiyini vurğulayaraq, layihənin Azərbaycan və Avropa üçün əhəmiyyətindən danışıb.
banner

Oxşar Xəbərlər