AZE | RUS | ENG |

"Cənub Qaz Dəhlizi" Avropanın enerji bazarlarının dayanıqlılığını artıracaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi qitənin enerji bazarlarının dayanıqlılığını artıracaq.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Departamentdən deyiblər ki, bu layihə Avropanın enerji bazarlarının dayanıqlılığını yüksəldəcək və qaz idxalı üzrə bir mənbədən asılılığı azaldacaq.

Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir: "Belə ki, bu boru kəməri qitəyə yeni marşrutla keçməklə Avropaya tamamilə yeni qaz mənbəyi təqdim edəcək".

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin istismara verilməsi mərasimi keçirilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000