AZE | RUS | ENG |

“Cəmiyyət erkən nikah probleminin üstünə getməlidir”

“Cəmiyyət erkən nikah probleminin üstünə getməlidir”
Bahar Muradova: “Qüdrətli Azərbaycan dövlətini quracağımıza əminik və bütün fəaliyyətimiz də bu istiqamətdədir”.


APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova Azərbaycan qadınlarının IV qurultayındakı çıxışı zamanı bildirib.

O, güclü dövlət qurulmasında qadınların misilsiz rola malik olduğunu söyləyib: “İnkişafın doğurduğu problemləri aradan qaldırmağa çalışırıq ki, bu da bizi daha irəli aparır”.

B.Muradova parlamentdə qadınların fəaliyyətindən danışaraq bildirib ki, qadınlar Azərbaycan qanunvericiliyinin təkmilləşməsinə öz töhfəsini verir: “Parlamentdə qadınlarla bağlı sosial problemlər daim gündəmdədir. Məişət zorakılığı, erkən nikah kimi problemlərlə mübarizə bizim aktual məsələlərdəndir. Biz bütün bunlarla bağlı mütəmadi olaraq qanunlara yeniliklər edir, yeni qanunlar qəbul edirik”.

Vitse-spiker xüsusilə Azərbaycanda qadınların başlıca problemi olan erkən nikah probleminə toxunaraq deyib ki, cəmiyyət özü bu işdə sayıq olmalıdır: “Birlikdə bu problemin üstünə getməliyik ki, gənc qızlarımız erkən yaşlarından özlərindən başqa kimlərinsə arzularının asılılığına çevrilməsinlər. Xüsusilə qadınlara qarşı zorakılıq hallarında, gənc qızların ailələrdə təzyiqə məruz qalması məsələsində ayıq-sayıq olmalıyıq. Azərbaycan qadını özündə güc tapmalıdır. Elə kişilərimizlə birgə bu problemlərin üstünə gedib bunu həll etməliyik. Çünki kişilərimiz tam olaraq bilməlidirlər ki, qıza, qadına əl qaldırılmaz”.

B.Muradova çoxdandır müzakirə mövzusu olan “Reproduktiv sağlamlıq haqqında” qanunun tezliklə qəbul olunmasının vacibliyini vurğulayıb və bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dəstək istəyib.

Vitse-spiker Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə toxunaraq deyib ki, onun əldə etdiyi uğurlar Azərbaycan qadınının uğurudur. O, Azərbaycanın inkişafı üçün güclü liderə ehtiyac olduğunu deyib: “Zamanında bu Heydər Əliyev idisə, indi də onun davamçısı İlham Əliyevdir. İlham Əliyevin yenidən prezidentliyə namizəd olması və yenidən prezident seçilməsi Azərbaycan xalqının müxtəlif təbəqələrinin arzusudur”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000