• cümə, 26 Aprel, 14:43
  • Baku Bakı 23°C

Cəbhəyanı rayonlar internetsiz qaldı

18.08.14 13:23 1140
Cəbhəyanı rayonlar internetsiz qaldı
Bu gün səhər saatlarından etibarən Tərtər və Ağdamın internetlə təchizatında problemlər yaranıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, səhər 10:00-dan etibarən Tərtər və Ağdamda internet tamamilə kəsilib.
Problem bankların fəaliyyətinə ciddi təsir edib. Belə ki, internet kəsildiyindən banklarda əməliyyatlar aparmaq mümkün deyil.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, Tərtər istiqamətində qazıntı işləri aparılarkən internet xətləri zədələnib.
“Aldığımız məlumata görə, Tərtər rayonunun dörd yol deyilən ərazisində yerli qaz idarəsi tərəfindən aparılan qazıntı işləri zamanı fiber optik xətlər zədələnib. Nəticədə Tərtər və Ağdamın bir hissəsində internet kəsilib. Nazirliyin qəza briqadası hadisə yerində çalışır”, - deyə M. Əmirov bildirib.
O əlavə edib ki, təxminən bir saat ərzində adıçəkilən rayonların internetlə təchizatı bərpa olunacaq.
banner

Oxşar Xəbərlər