• şənbə, 27 Aprel, 04:27
  • Baku Bakı 14°C

Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb

16.08.18 14:45 541
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 13 milyard 299,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artım müşahidə olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, yeddi ayda qaz nəqlinin 32,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 milyard 312,1 milyon kubmetr təbii qaz göndərilib.
banner

Oxşar Xəbərlər