AZE | RUS | ENG |

“Canlandırdığım hər obraz mənə başqa bir dünya verdi” - Fotolar

“Canlandırdığım hər obraz mənə başqa bir dünya verdi” - Fotolar
Ebru Şahin: “Tamaşaçılarla isti və duyğusal bir bağ qurduğumuza inanıram”

Bu mövsümü də diqqətimiz qardaş Türkiyənin reytinqlərdə ön sıralarda yer tutan seriallarına yönəldi. Əminliklə demək olar ki, geridə qoyduğumuz mövsüm Türkiyənin serial aləmində böyük rəqabət yaşandı. Onlardan, serial bazarına yeni daxil olan və ATV telekanalında yayımlanan "Hercai” serialı ən çox reytinq toplayanlardan oldu. Serialın qəhrəmanları qısa zaman kəsiyində nəinki Türkiyədə, eləcə də qonşu ölkələrdə tanınaraq böyük tamaşaçı auditoriyası qazandılar. Serial mövsüm sonuna çıxsa da, onun haqqında müzakirələr, söz-söhbətlər bitib tükənmək bilmir. "Hercai” mövsüm sonuna çıxdıqdan sonra serialın əsas qəhrəmanı Ebru Şahin canlandırdığı obrazı ilə bağlı Türkiyə mətbuatına müsahibə verib. Yazar Bade Çakar serialın çəkiliş prosesində olub və aktrisa ilə fotosessiya edərək, serialdakı obrazı ilə bağlı danışıb. Aktrisa indiyə qədər bir çox layihələrdə yer aldığını, ancaq Reyyan obrazı kimi ona uğur gətirən ikinci bir obraz canlandırmadığını deyib.   
 

 
- 11 yaşından bəri idmanla məşğulsunuz. Necə oldu ki, idmandan aktrisalığa keçid etdiniz?
- Əslində idmandan aktrisalığa keçid heç də normal qəbul olunmur. İstanbul Universitetinin idman elmləri ixtisasının məzunuyam. Buna baxmayaraq hər zaman aktrisa olmaq istəmişəm. Ağlımla duyğularımı eyni tərəziyə qoya bildiyim andan aktrisalıqla maraqlanıram. Çox az yaşlarımdan teatra getmişəm və orda anladım ki, xəyalını qurduğum sənət məhz budur. Ancaq çox uzun bir müddətdən sonra aktrisa ola bildim. Demək ki, belə olmalı imiş və istədiyim sənətə gəlmək üçün uzun zaman gözləməli imişəm. 
 
- Bu zamana qədər bir çox layihələrdə yer alıbsınız. Ancaq çox qısa bir zamanda böyük tamaşaçı sevgisi qazandınız. 
- Bu qədər sevilən, dəyər verilən bir işin içində olmaq və bir aktrisa olaraq, ən önəmlisi sevdiyim xarakterlərdə var ola bilmək mənim üçün xoşbəxtlikdir. 
 
 
 
- Serial sektorunun, gün keçdikcə daha da çətinləşdiyi bir dönəmdə belə bir layihədə yer almağa sizi nə vadar etdi?
- Serialın ssenarisini oxuduğum andan bu layihədə yer almaq istədim. Hekayə, xarakterin özü məni burada var olmağıma yardımçı oldu.  Təəssüf ki, yaşanmasını istəmədiyimiz, amma hər an hər bir qadının başına gələ biləcək hekayədə var olmaq mənim üçün maraqlıdır. Üstəlik çəkilişlərin Mardin kimi nağıllarla dolu möhtəşəm bir şəhərdə aparılması məni çox həyəcanlandırdı. Bu qədər təsirləndiyim layihədə yer aldım.  Menecerim Abdullah Buvlud və layihə rəhbərimiz Banu Akdenizin mənə inanmaları, çəkiliş müddətində ən böyük motevasiya qaynağım oldu. Mardində çəkiliş prosesində iştirak etmək, insana, özünü fərqli hiss etdirir. Təsəvvür edin ki, baxdığınız, toxunduğunuz hər yerdə insanların xatirələrini, tarixi gördükcə, səndən min il bundan əvvəl burada yaşayan insanların başına gələn əhvalatlar, onların hekayələrini eşitdikcə daha çox həyəcanlanırdım. Biz orada çalışdığımız müddət ərzində bu çevrədən zövq almaq üçün fürsətimiz az olurdu. Amma əlimizdən gəldiyi qədər bu məqamdan zövq almağa çalışırdıq. Tamaşaçılar bizi izləmək üçün çəkiliş prosesinə toplaşırdılar. Çox gözəl bir duyğu idi. 
 
 
 
- Yer aldığınız hər layihədə fərqli xarakterlərə bürünürsünüz. Reyyanı necə xarakterizə edərsiniz?
- Reyyan olduqca duyğusal, kövrək qəlbli,  saf niyyətli, ürkək amma cəsur, zərif olduğu qədər də güclü bir xarakterdir. Belə bir obrazı yaşada bildiyim üçün çox xoşbəxtəm.
 
- Bəs Ebru Şahin necə bir insandır. Reyyana bənzər tərəfləri varmı?
- Hesab edirəm ki,  Reyyanla aramızda bir bənzərlik olmasaydı, bu xarakterə o qədər çox sahiblənməzdim. Reyyanla ortaq cəhətimiz  kövrəklik, yenilikçi ideyamızın  olması, cəsarətlilik, hər duyğunun saflığına olan inancımız, xəyallara doğru yol almağımızdır.  
 
 
 
- Yaradıcılığınıza nəzər salanda 4 serial, iki filmdə yer aldığınızı görürük. Sanki Reyyan  obrazı karyeranızın dönüş nöqtəsidir.
- Rol aldığım hər işin həyatımdakı rolu çox önəmlidir. Canlandırdığım hər obraz mənə başqa bir dünya verdi. Çünki onların sayəsində mən başqa dünya tanıdım və özümü fərqli cəhətdən kəşf etdim. Hazırki Reyyana xarakterlərimin mənə göstərdiyi yol vasitəsi ilə çatmışam. Reyyanın sayəsində bir çox insanlar tanıdım, başqa duyğular yaşadım. Belə bir qadını anlamaq, onun kimi danışmaq üçün uzun söhbətlər edib, araşdırma aparmışam. Bu obrazı canlandıra bilmək üçün 4 dərs ata minməyi öyrəndim. Təşkilatçının mənə yaratdığı fürsətdən istifadə edib öz səsimi sevdiyim mahnılarla ekranda duyurdum. Digər işlərim bir yana, ancaq Reyyanın yeri mənim üçün önəmlidir. Çünki o, saf halı ilə mənim qəlbimdə başqa bir yerə sahibdir.
 
- Reyyan və Miran cütlüyü böyük bir fenomenə çevrilib. Sosial mediada bu cütlük üçün bir çox fan-səhifələr yaradılıb.  
- İnsanlar obrazlarımızın mənfi və müsbət xüsusiyyətləri ilə bizi evlərinin bir fərdi kimi görürlər. Tamaşaçılarla isti və duyğusal bir bağ qurduğumuza inanıram. 
 
 
 
- Miranı canlandıran Akın Akınözü ilə münasibətiniz necədir?
- Akınla birlikdə xoş bir layihənin içərisindəyik. Onunla birlikdə böyüyürük və bizə belə bir şərait yaradıldığı üçün özümüzü şanslı hesab edirik.
 
- Əsas qəhrəmanı olduğunuz serialın qısa bir müddətdə rekord qıracağınızı gözləyirdinizmi?
- Layihə başlayanda onun diqqət  çəkəcəyini gözləyirdik. Çünki uzun zamandır ki, belə layihələr hazırlanmırdı. Ancaq hazırda gördüyünüz diqqət və sevgi qurduğumuz xəyaldan da ötədir.  Təsəvvür edin ki, nəinki Türkiyədən, xaricdən də, sırf çəkiliş prosesini izələmək üçün insanlar gəlir, bizimlə görüşürlər, kənardan bizi izləyirlər. Bunun özü bizə böyük stimul verir. Serialımızı izləyən, səvən, sevgisini hiss etdirən böyük bir kütlə formalaşıb və bu da bizi motivə edir. 
 
 
 
- Qısa bir müddətdə karyerada xeyli irəliləyibsiniz. Gələcək üçün xəyallarınız nələrdir?
- Ruhumu bəstələyəcək, məni inkişaf etdirəcək və fərqli həyatlara toxuna biləcəyim rollarda oynamaq istəyirəm. Xüsusi olaraq könlümə yatan xarakterlər var. Amma insanların yanlış anlamasından ehtiyat edərək, onu indi açıqlamaq istəmirəm. 
 
Tərcümə etdi: Xəyalə Rəis
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.902
GEL 1 1 Gürcüstan larisi 0.6137
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6989
KWD 1 1 Küveyt dinarı 5.5878
TRY 1 1 Türkiyə lirəsi 0.2889