AZE | RUS | ENG |

Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib

Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib
Fevralın 23-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Xocalısoyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
 
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1994-cü ildə erməni təcavüzkarları tərəfindən törədilən və 613 nəfər mülki vətəndaşın qətlə yetirildiyi Xocalı soyqırımı haqqında qonaqlara qısa məlumat verib və bugünkü tədbirin soyqırım qurbanlarının xatirəsinin anım mərasimi olmaqla yanaşı, bütün maneə və çətinliklərə baxmayaraq əyilməyən ümumxalq ruhunun təntənəsi olduğunu diqqətə çatdırıb.
 
Daha sonra Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən çıxış edərək Xocalısoyqırımının növbəti ildönümü münasibəti ilə rəhbərlik etdiyi parlament qrupunun adından imzaladığı, Azərbaycan prezidenti cənab İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunun mətnini qonaqlara oxuyub, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarını heç vaxt erməni torpağı kimi tanımayacaqlarını və bu torpaqların tezliklə azad olunacağına ümid etdiklərini bildirib.
 
Tədbirdə çıxış edən Azərbaycanın Milli Məclisin üzvü, Azərbaycan-Britaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Cavanşir Feyziyev Xocalı soyqırımının ermənilərin Azərbaycana qarşı 200 ildən çoxdur davam edən təcavüzkar siyasəti nəticəsində törədilmiş onlarca qanlı hadisələrdən yalnız biri olduğuna diqqət çəkib.
Avropa-Azərbaycan Cəmiyyətinin London ofisinin direktoru Lionel Zetter də çıxış edərək Xocalı hadisələrinin qurbanları fonunda münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq azərbaycanlı əhalinin taleyinə diqqət çəkib.
 
Sonda, Britaniya-Azərbaycan Evinin rəhbəri Ali Atalar Ermənistanın Azərbaycan xalqına qarşı 20-ci əsrin əvvəllərindən başlayan soyqırım siyasəti nəticəsində baş vermiş qanlı hadisələr barədə danışıb.
 
Çıxışlardan sonra qonaqlara Xocalı soyqırımı ilə bağlı beynəlxalq mükafatlara layiq görülmüş "Running from the Darkness - Zülmətdən qaçarkən” adlı sənədli film nümayiş olunub. Daha sonra qonaqlara soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş ehsan verilib.
 
Tədbirdə Britaniya parlamentinin Lordlar və İcmalar palatasının üzvləri, Azərbaycanın Britaniyadakı Səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibət bəsləyən Britaniya və digər xarici ölkələrin vətəndaşları, eləcə də media nümayəndələri olmaqla təxminən 60 nəfər iştirak edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176