AZE | RUS | ENG |

"Bu sistem tibbi etika və insan hüquqlarına tam uyğun olmalıdır”

AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb

İnsan hüquqlarının universal dəyər halına gəldiyi bir zamanda yaşayırıq. İnsan hüquqları bəşəriyyət üçün qeyd-şərtsiz və qlobal bir dəyərdir. Ancaq təəssüf ki, həyatımızın bəzi sahələrində insan hüquqları hələ də köhnə qayda və ənənələri dəyişməyib. Psixi sağlamlıq sahəsində yardıma ehtiyacı olan insanların hüquqları sistematik olaraq pozulur. Bu insanlara tibbi yardım göstərmək üçün onların könüllü razılığı əsas məqamdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı Liberal Demokratlar Qrupu adından çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov söyləyib.

E.Həsənov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına görə hər bir fərd öz seçimini etməkdə azaddır. Əlillər hər bir kəslə eyni hüquqa malikdirlər və cəmiyyətə inteqrasiya edilməlidirlər. Psixi sağlamlıq sistemi sözügedən Konvensiyaya uyğun olmalıdır. Psixososial əlillik sahəsində məcburi üsullardan istifadə edərkən ortaya etik problemlərin çıxmasına, psixi sağlamlıq sahəsində icbari metodların geniş yayılmasına toxunan azərbaycanlı deputat məcburiyyətin etik cəhətdən problemli olduğunu, fərdin sərbəstliyini məhdudlaşdırdığını qeyd edib.

Diqqətə çatdırıb ki, aparıcı regional insan hüquqları təşkilatı kimi AŞPA psixi sağlamlıq sahəsində insan hüquqlarında ayrı-seçkilik, zorakılıq və sui-istifadəni aradan qaldıracaq strategiya müəyyənləşdirməlidir. Avropa dövlətləri psixi xəstəliyi olan insanların hüquqlarını pozan bütün üsulları aradan qaldırmalıdır. Təəssüf ki, "ruhi xəstəliyi" və ya "psixi qüsuru" olan şəxslər hələ də xəstəxanalarda məcburi qaydada saxlanılır və fiziki məhdudiyyətlərə məruz qalırlar. Hesabata əsasən, psixi sağlamlıq sistemində məcburi tədbirlərin istifadəsində artım müşahidə edilir.

"Bu gün psixiatriyada icbari üsulları azaltmaq üçün köklü islahatlar aparmalı, qanunvericilikdə dəyişikliklər etməli və xüsusi layihələr həyata keçirməliyik. Zehni müalicə sahəsində zorakılığın qarşısını almaq üçün yeni xəstəxana tipli strategiyaya, humanitar tədbirlər kompleksinə, psixoloji yardımlara və digər müsbət nümunələrə ehtiyacımız var. Hər bir dövlət psixi müalicə sistemində islahatlar aparmalı, bu sistem tibbi etika və insan hüquqlarına tam uyğun olmalıdır”, - deyə E. Həsənov vurğulayıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299