• cümə, 26 Aprel, 11:05
  • Baku Bakı 12°C

Bu ilin 6 ayında 430,2 milyon manatlıq hazır metal məmulatları istehsal olunub

22.07.18 19:31 686
Bu ilin 6 ayında 430,2 milyon manatlıq hazır metal məmulatları istehsal olunub
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyun aylarında 430,2 milyon manatlıq məhsul istehsal edilib, hazır metal məmulatlarının istehsalı sahəsində 64,1 faiz, metallurgiya sənayesində isə 15,0 faiz artım müşahidə olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun ayları ərzində sahə üzrə 154,1 min ton (35,5 faiz çox) armatur, 6 775,2 ton (2,8 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 361,1 ton (17,1 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 098,7 ton (10,9 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.
banner

Oxşar Xəbərlər