• cümə, 26 Aprel, 16:10
  • Baku Bakı 23°C

Bu il Gürcüstan idxal etdiyi təbii qazın 99,65 faizini Azərbaycandan alacaq

18.09.18 12:36 1029
Bu il Gürcüstan idxal etdiyi təbii qazın 99,65 faizini Azərbaycandan alacaq
Cari ildə Gürcüstan idxal etdiyi təbii qazın 99,65 faizini Azərbaycandan alacaq.
AZƏRTACxəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə "Davamlı inkişaf haqqında hesabat”ında deyilir.
"SOCAR Georgia Gas” MMC Gürcüstanda əhalinin təbii qazla təmin olunmasında fəal iştirak edir. 2017-ci ilin sonunda Gürcüstan hökuməti ölkənin müxtəlif bölgələrində yaşayan daha 5 min 500 abonentin 2018-ci il ərzində təbii qazla təmin olunması barədə qərar qəbul edib. Bununla əlaqədar Gürcüstanın 2018-ci il dövlət büdcəsində maliyyə vəsaiti nəzərdə tutulub. "SOCAR Georgia Gas” MMC-nin iştirakı ilə 2013-2017-ci illərdə Gürcüstan üzrə 229 min abonent fərdi qaz sayğacları ilə təmin olunub. 2018-ci ildə bu ölkəyə proqnoz qaz nəqli 2 milyard 689 milyon kubmetr olacaq ki, bunun da 99,65 faizini Gürcüstan Azərbaycandan alacaq. O cümlədən 1 milyard 866 milyon kubmetr qazı Gürcüstana SOCAR, 813 milyon kubmetr qazı isə "Şahdəniz” konsorsiumu verəcək”, - deyə hesabatda bildirilir.
Qeyd edək ki, "SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. 2008-ci ildə Gürcüstan Hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən "SOCAR Georgia Gas” MMC ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və ölkəyə 40 milyon dollar sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində "SOCAR Georgia Gas” ümumilikdə 250 min abonenti qazla təmin edib, 290 milyon dollara yaxın həcmdə sərmayə qoyuluşu həyata keçirib. Şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 3,6 faizdir. "SOCAR Georgia Gas” hazırda bütün Gürcüstan üzrə 590 mindən çox abonentə xidmət edir. 2017-ci ildə şirkətin kapital xərcləri təxminən 40,3 milyon dollara bərabər olub. Bundan başqa, şirkət göstərilən dövrdə Gürcüstan bazarına ümumilikdə 1,4 milyard kubmetr həcmində təbii qaz idxal edib.
banner

Oxşar Xəbərlər