• şənbə, 27 Aprel, 01:52
  • Baku Bakı 14°C

Bu il Goranboyda 5 min hektar sahədə pambıq əkiləcək

08.02.17 09:50 824
Bu il Goranboyda 5 min hektar sahədə pambıq əkiləcək
Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, bu il Goranboy rayonunda 5 min hektar sahədə "ağ qızıl” əkiləcək.
Rayon icra hakimiyyətindənAZƏRTAC-a bildirilib ki, bu il pambıq əkiləcək sahələr ötən illə müqayisədə 3 min hektar çox olacaq.
Həmçinin 2017-ci ildə rayonda əkiləcək pambığa görə istehsalçılar və emal müəssisələri arasında xam məhsulun istehsalı və alqı-satqısına dair 479 müqavilə bağlanıb. Müqavilə əsasında icarəyə götürülən 4 min hektar sahədən indiyədək 3 min 775 hekatrında şumlama işləri həyata keçirilib.
Qeyd edək ki, zəngin pambıqçılıq ənənəsinə malik olan rayonda ötən il əkin sahələrinə lazımi aqrotexniki qulluq göstərilib və 3 min 573 ton məhsul yığılıb.
banner

Oxşar Xəbərlər