• cümə, 26 Aprel, 10:10
  • Baku Bakı 12°C

Bu il Azərbaycana 2100-ə yaxın avtomobil gətirilib

09.03.18 14:45 815
Bu il Azərbaycana 2100-ə yaxın avtomobil gətirilib
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumilikdə 2 065 ədəd avtomobil idxal olunub.
"APA-Economics"Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1 062 ədəd avtomobil və ya 2,06 dəfə artıb.
Ölkəyə gətirilən avtomobillərin 11 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1867 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
banner

Oxşar Xəbərlər