• cümə, 26 Aprel, 22:51
  • Baku Bakı 22°C

“Bu il AÇG-dən hasil edilən 258 mln. tondan çox mənfəət nefti dünya bazarlarına realizə olunub”

31.05.18 11:45 495
“Bu il AÇG-dən hasil edilən 258 mln. tondan çox mənfəət nefti dünya bazarlarına realizə olunub”
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə başlanıldığı gündən bu günə qədər 455 mln. ton neft və 145 mlrd. kubmetr qaz hasil edilib.
"APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin may ayının əvvəlinə qədər bu yataqdan hasil edilən 258 mln. tondan çox mənfəət nefti dünya bazarlarına realizə olunub. Bu da "Azəri-Çıraq-Günəşli” yatağında realizə olunmuş neftin 60 faizini təşkil edib.
banner

Oxşar Xəbərlər