AZE | RUS | ENG |

Bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib

Bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib
İyulun 20-dən "EYOF Baku 2019” XV Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, Hənifə Ələsgərova, Azadlıq, Zərifə Əliyeva, Tbilisi, Moskva, Üzeyir Hacıbəyli və digər küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti kameralar vasitəsilə aşkarlanarsa, bu, artıq inzibati xəta tərkibi yaradır. Yəni, "Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən sürücülərin 40 manat cərimələnməsi üçün elektron qərarlar qəbul edilir. Buna görə də sürücülər və avtomobil sahiblərindən xahiş edilir ki, tədbir başa çatanadək, yəni, iyulun 28-dək qeyd olunan zolaqlar üzrə şəxsi avtomobillə hərəkət etməsinlər. Ümumiyyətlə, bu ərəfələrdə Bakı şəhəri ərazisində süni sıxlığın, tıxacların yaranmaması üçün tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə edilsin. Eyni zamanda, xahiş edirik ki, tədbirlərin keçirildiyi ərazilər istiqamətində də şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
 
Sürücülərə və avtomobil sahiblərinə bildiririk ki, bu zolaqlar üzrə hərəkətin 40 manat məbləğində cərimə edilməsi əsas məqsəd deyil. Əsas məqsəd odur ki, bu günədək ölkəmiz bir çox beynəlxalq dərəcəli idman oyunlarına ev sahibliyi edib və yüksək göstəricilər əldə edib. Bu göstəricilərin də əldə edilməsi hərəkət iştirakçılarının yol polisi ilə həmrəyliyinin nəticəsində mümkün olub. Bir daha sizi həmrəyliyə çağırırıq.
 
Qeyd edək ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə tədbirlərin keçirildiyi ərazilər və onlara bitişik bütün küçə və yollar, prospektlər yol polisi tərəfindən nəzarətə götürüləcək. Tədbirlərin keçirildiyi ərazilər istiqamətində yarış iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə sarı rəngli xüsusi işarələnmiş, Olimpiya zolağı kimi tanınan avtomobil zolağı ilə hərəkətə quraşdırılmış kameraların köməyi ilə nəzarət ediləcək. Məlumat üçün bildiririk ki, bu zolaqların çəkildiyi ərazilərdə "hərəkət qadağandır” yol nişanı da quraşdırılıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946