AZE | RUS | ENG |

Bu gün Bakıda hərbi orkestrlər çıxış edəcək

Bu gün Bakıda hərbi orkestrlər çıxış edəcək
Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək: - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); - Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; - Zərifə Əliyeva parkında; - Zabitlər parkında; - Yasamal parkında (Lider TV yaxınlığında) - Fəvvarələr meydanında. Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək. Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815