• cümə, 26 Aprel, 07:37
  • Baku Bakı 12°C

“Brent” neftinin qiyməti bu il 60 dollar/barreli ötəcək

31.01.17 16:00 867
“Brent” neftinin qiyməti bu il 60 dollar/barreli ötəcək
"Brent” markalı neftin qiyməti bu il ərzində 60 dollar/barreli bir qədər keçəcək.
AZƏRTACxəbər ki, "The Wall Street Journal” nəşrinin sorğusunda iştirak edən analitiklər bu fikirdədirlər. Analitiklər "Brent” markalı neftin bu il üzrə orta qiyməti ilə bağlı proqnozunu dekabrdakı 55 dollar/barreldən hazırda 56 dollar/barrelə yüksəldiblər. Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını qeyd ediblər.
Bildirilir ki, bazar risklərinə baxmayaraq, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft təklifinin azaldılması nəticəsində son 5 ayda ilk dəfə "qara qızıl”ın qiymətinin bahalaşacağına dair müsbət proqnozların yaranmasına səbəb olub.
banner

Oxşar Xəbərlər