• cümə, 26 Aprel, 19:00
  • Baku Bakı 22°C

Bosniya və Herseqovinada işləyən və işləməyən insanların sayı açıqlanıb

13.07.19 11:30 11978
Bosniya və Herseqovinada işləyən və işləməyən insanların sayı açıqlanıb
Bosniya və Herseqovinanın Vahid Qeydiyyat Sisteminin məlumatına əsasən, yaşayış yeri üzrə ölkədə çalışan insanların sayı 534 min 631 nəfər təşkil edib.
AZƏRTACölkə mətbuatına istinadla xəbər verir ki, bu rəqəm əmək müqavilələri, müvəqqəti və vaxtaşırı işlər, habelə müəlliflik hüququ ilə qorunan əsərlər əsasında gəlir əldə edən işçilərə aid deyil.
Bosniya və Herseqovinanın Statistika Agentliyinin bu ilin aprel ayında dərc etmiş olduğu rəqəmlərə əsasən, ölkədə çalışan insanların sayı 827 min 121 nəfər olub. Serb Respublikasında çalışanların sayı 275 min nəfər, Brçko mahalında isə bu rəqəm təxminən 20 min nəfər təşkil edib.
May ayının sonunda ölkədə işsiz insanların sayı 406 min 685 nəfər olub ki, bunun 308 min 607 nəfəri Bosniya və Herseqovinanın, 90 min 280 nəfər Serb Respublikasının, 7 min 798 nəfəri isə Brçko mahalının payına düşür.
banner

Oxşar Xəbərlər