• şənbə, 27 Aprel, 07:34
  • Baku Bakı 12°C

Bolqarıstan Azərbaycan qazını alır

29.08.14 16:23 1232
Bolqarıstan Azərbaycan qazını alır
“APA-Economics” xəbərinə görə, bu barədə Bolqarıstanın rəhbəri Rosen Plevneliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə bildirib.
Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağından hasil ediləcək Azərbaycan təbii qazı bütün Avropa ölkələri üçün çox önəmlidir.
R. Plevneliyev bildirib ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin dövlət başçılarının görüşü keçiriləcək: “Bu görüşdə Azərbaycan qazının Cənubi Avropaya, həmçinin Bolqarıstana nəqli müzakirə olunacaq”.
banner

Oxşar Xəbərlər