BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb - Fotolar
İyulun 12-də "Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin 2030-cu ilədək yeni
Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) özündə ehtiva edən Dayanıqlı İnkişaf
Gündəliyinin icrasını dəstəkləmək məqsədilə 2016-2020-ci illər üçün BMT-Azərbaycan
Tərəfdaşlıq Çərçivə (UNAPF) Sənədi imzalanıb. Sənədi Azərbaycan Respublikasının
İqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Qulam M.İshaqzai imzalayıblar.
Bu məqsədlə Bakı Biznes Mərkəzində
keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Çərçivə Sənədi
hazırlanarkən milli tərəfdaşlarla, inkişaf məsələləri üzrə beynəlxalq
partnyorlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri
ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələrin keçirildiyini
qeyd edib və UNAPF-ın Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq
edilmiş "Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ifadə olunmuş
məqsədlərə əsaslandığını vurğulayıb. Bildirilib ki,
strateji çərçivə sənədi üç sahə - (1) artan şaxələndirilmə və layiqli əməyi
özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi, (2)
institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər,
və (3) ətraf mühitin idarə edilməsinin
təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması üzrə dəstək tədbirlərini nəzərdə tutur.
İqtisadiyyat naziri sənəddə
nəzərdə tutulan strateji fəaliyyət sahələri üzrə iqtisadiyyatın
diversifikasiyası, dayanıqlı artımı və gənclər, qadınlar, əlilliyi olan
insanlar və digər həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə
şəraitin yaradılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb.
UNAPF-da həmçinin, keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatan
olması, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi
və bərpa olunan enerji, iqlim dəyişikliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və s. məsələləri
əksini tapıb. Çərçivə sənədində inklüzivliyə,
elektron xidmətlərinin genişləndirilməsinə, sənaye zonaları və məhəllərinin
yaradılmasına, kənd təsərrüfatı, turizm və s. sahələrin inkişafına, cəmiyyətdə
gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə
də xüsusi diqqət yetirilib. UNAPF üzrə aparılan işlər hazırkı iqtisadi şəraitdə
yeni iqtisadi modelə keçməkdə, təkan verməkdə yardımçı olacaq, bu istiqamətdə
islahatların aparılmasına dəstək göstərəcəkdir. Şahin Mustafayev: "İmzalanan
BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi sənədi növbəti beş ildə ölkəmizin hərtərəfli,
dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçirəcəyimiz birgə fəaliyyətə öz
töhfəsini verəcəkdir”.
İqtisadiyyat naziri Şahin Mustafayev həmçinin, Azərbaycan-
BMT əlaqələrindən danışaraq mühüm hadisə kimi ölkəmizin 2011-ci ildə 2 illik
müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini
qeyd edib.
Nazir çıxışında Azərbaycan Respublikasının
Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il ərzində Ermənistan-Azərbaycan
münaqişəsinə dair 4 qətnaməsinin qəbul olunduğunu, qətnamələrdə Azərbaycanın ərazi
toxunulmazlığının yenidən təsdiq edilərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara
son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən
çıxarılması tələblərinin irəli sürüldüyünü, lakin bu qətnamələrin müddəalarının
indiyə kimi yerinə yetirilmədiyini vurğulayıb.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Qulam M.İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın
qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr
barədə məlumat verib, Çərçivə Sənədində nəzərdə tutulan istiqamətlərin "Azərbaycan-2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uzlaşdırıldığını bilirib. "UNAPF
2015-ci ilin sentyabr ayında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə BMT
Zirvə Görüşündə 192 üzv ölkə ilə yanaşı, Azərbaycanın da rəsmən təsdiq etdiyi 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini
özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasında hökuməti dəstəkləmək
üçün həm də BMT-nin müştərək öhdəliyidir” - deyə BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Qulam M.İshaqzai bildirib.
Azərbaycan
Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova Azərbaycan-BMT
arasında uğurlu əlaqələrdən danışaraq əməkdaşlığın istiqamətlərindən bəhs edib.
Mədəniyyət və
Turizm naziri Əbülfəz Qarayev çıxış edərək qeyd edib ki, Azərbaycan BMT ilə digər
sahələrlə yanaşı, mədəniyyət və turizm sahəsində də əməkdaşlıq edir. 2017-ci
ilin BMT-də "Davamlı turizm ili” elan olunduğunu vurğulayan Ə.Qarayev turizm təhsili
sahəsində BMT qurumları ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında gender
bərabərliyi və bu sahədə BMT ilə əlaqələrin genişləndirilməsi məsələləri barədə
fikirlərini bildirib.
Milli Məclisin İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin
sədri,
akademik Ziyad Səmədzadə Azərbayan-BMT qurumları arasında iqtisadi əməkdaşlıq
haqda danışaraq Çərçivə Sənədinin əhəmiyyətini qeyd edib.
BMT İnkişaf
Proqramın rezident nümayəndəsinin müavini Nato Alhazişvili milli inkişaf
prioritetləri və 2016-2020-ci illər üçün UNAPF-ın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strateji sahələri
barədə təqdimatla çıxış edib.
Kaspi.az