AZE | RUS | ENG |

Bizim dinc əhali ilə işimiz yoxdur - Azərbaycan MN

Bizim dinc əhali ilə işimiz yoxdur - Azərbaycan MN
Vaqif Dərgahlı: “Düşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”

Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.

O qeyd edib ki, Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir: “Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301