• cümə, 26 Aprel, 07:15
  • Baku Bakı 12°C

Birləşmiş Ştatların neft ehtiyatları rekord həddə çatıb

22.11.18 15:30 428
Birləşmiş Ştatların neft ehtiyatları rekord həddə çatıb
ABŞ-ın neft ehtiyatları 447 milyon barrelə çatır.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib. Bu, 2017-ci ilin dekabrından indiyədək maksimum göstəricidir.
Bazar proqnozları isə ehtiyatların 2,9 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 10,3 milyon barrel artmışdı.
ABŞ-ın benzin ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel azalaraq 225,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların barrel azalacağı istiqamətində idi.
banner

Oxşar Xəbərlər