• cümə, 26 Aprel, 13:48
  • Baku Bakı 23°C

Birləşmiş Ştatların neft ehtiyatları 442,5 milyon barrelə çatıb

13.02.20 13:15 2084
Birləşmiş Ştatların neft ehtiyatları 442,5 milyon barrelə çatıb
ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7,5 milyon barrel (1,7 faiz) artaraq 442,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 3 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,4 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 635 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 0,1 milyon barrel azalaraq 261 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 550 min barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 100 min barrel azalmışdı.
banner

Oxşar Xəbərlər