• çərşənbə axşamı, 19 mart, 14:18
  • Baku Bakı 8°C

Birinci vitse-prezident: Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm - Fotolar

18.08.19 16:37 9752
Birinci vitse-prezident: Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm - Fotolar
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm.

Trend-in məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanınrəsmi "İnstagram" səhifəsindəedilən paylaşımda qeyd edilir.

Paylaşımda bildirilir: "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!".






banner

Oxşar Xəbərlər