• bazar ertəsi, 23 dekabr, 01:13
  • Baku Bakı 9°C

Binəqədidə "Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası" məlumat saatı keçirilib

06.10.17 09:55 2221
Binəqədidə "Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası" məlumat saatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində "Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası” mövzusunda "Məlumat saatı” keçirilib.
Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, təhsil işçiləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq akademik Vaqif Abbasova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Daha sonra "5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə məlumat saatında iştirak edən təhsil işçilərini təbrik edərək, onlara uğurlar diləyib.
Sonra məruzə ilə çıxış etmək üçün AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasova söz verilib. Natiq çıxışında bildirib ki, "Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirib və ona qayğı göstərib. Ulu öndər deyib: "Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərib. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir. Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Müəllimlik peşəsinin zənginliyinə toxunan natiq qeyd etdi ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Natiq onu da vurğulayıb ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmiş və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
Çıxışın sonunda müəllimləri təbrik edən akademik Vaqif Abbasov onlara daim zirvədə olmağı arzulayıb.
Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb. Məlumat saatının sonunda Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə, Binəqədi rayonundan Azərbaycan Respublikasının "Əməkdar müəllim” fəxri adı alan müəllimlərə hədiyyələr təqdim edilib.
banner

Oxşar Xəbərlər