AZE | RUS | ENG |


Bernard Peille: Azərbaycan etibarlı tərəfdaşımızdır

Bernard Peille: Azərbaycan etibarlı tərəfdaşımızdır
"Alstom Transportation S.A.” şirkətinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivi ikiillik zəhmətin bəhrəsidir. Lokomotivin özəlliyi onun ikili gərginliklə (sabit 3/dəyişən 25kv50hz) işləməsindədir. Bu, dünyada ən yüksəksəviyyəli lokomotivlər sırasındadır.

Bu sözləri "Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille sözügedən lokomotivin təqdimatından sonra AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, şirkət "Azərbaycan Dəmir Yolları” QSC üçün hazırlanan ilk sərnişin lokomotivinin yola salınma mərasiminin keçirilməsindən böyük məmnunluq duyur.

B.Peille lokomotivlər çatdırıldıqdan sonra onların asan istismarını təmin etmək üçün əməkdaşlığı davam etdirəcəklərini, "Azərbaycan Dəmir Yolları” QSC-yə ilk illər texniki dəstək verəcəklərini və lazım gələrsə, uzunmüddətli texniki dəstək verilməsi ilə bağlı müqavilə imzalanacağını bildirib. Qeyd edib ki, "Azərbaycan Dəmir Yolları”na depoların restrukturasiyasında da dəstək veriləcək. Şirkət "Azərbaycan Dəmir Yolları” ilə birlikdə yeni layihələrin həyata keçirilməsinə açıqdır.

"Yük və sərnişin lokomotivlərinin istehsalı sahəsində birgə işləməyə başladıq. Gələcəkdə Bakı metrosu, tramvay sahəsində də əməkdaşlığa hazırıq. 2014-cü ildən başladığımız layihə müvəffəqiyyətlə irəliləyir. Əməkdaşlarımız arasında çox yaxşı dostluq əlaqələri var. Arxada gördüyünüz AZ4A lokomotivi əməkdaşlığımızın bəhrəsidir. Eyni zamanda, siyasi, iqtisadi sahələrdə də əlaqələr yüksək səviyyədədir. Azərbaycan etibarlı tərəfdaşımızdır”-deyə B. Peille vurğulayıb.

O, həmçinin bildirib ki, lokomotivlər Azərbaycana bir-bir çatdırılacaq. Növbəti sərnişin lokomotivi yazda, yük lokomotivi iyunda yola salınacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN