• şənbə, 27 Aprel, 02:00
  • Baku Bakı 14°C

Baş nazir: Gürcüstan və Azərbaycan arasında azad ticarət rejimini genişləndirmək lazımdır

07.09.18 09:00 413
Baş nazir: Gürcüstan və Azərbaycan arasında azad ticarət rejimini genişləndirmək lazımdır
Gürcüstan və Azərbaycan arasında azad ticarət rejimi müəyyən çatışmamazlıqlarla işləyir, onu genişləndirmək lazımdır.
Bunu brifinq zamanı Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.
Xatırladaq ki, vəzifəyə yeni təyin olunmuş Vaxtadze avqustun 30-da Azərbaycana ilk rəsmi səfərini edib. O, Bakıda Prezident İlham Əliyev, baş nazır Novruz Məmmədov və parlament sədri Oqtay Əsədovla görüşüb.
"Azərbaycan bizim strateji tərəfdaşımızdır. Sizə demək istəyirəm ki, Bakıda keçirilən görüş çox səmərəli keçib. Gürcüstan və Azərbaycanın iqtisadi əlaqələrinə təkan verəcək bir çox vacib birgə layihələri müzakirə etdik. Bildiyiniz kimi aramızda azad ticarət rejimi var və o, müəyyən çatışmamazlıqlarla işləyir. Bizim mövqe ondan ibarətdir ki, biz Azərbaycanla hazırki azad ticarət çərçivəsini genişləndirək və ona xidmət sahəsi də əlavə olunsun", - deyə Mamuka Baxtadze bildirib.
Statistik məlumata əsasən, Azərbaycan Gürcüstanın əsas 5 ticari tərəfdaşları siyahısına daxildir. Yanvar-iyul aylarında ölkələr arasında xarici ticarət dövriyyəsi 584 milyondan çox olub.
banner

Oxşar Xəbərlər