• şənbə, 11 May, 06:35
  • Baku Bakı 12°C

Baş konsul: Azərbaycan danışıqlara hazırdır, amma öz şərtləri ilə

01.10.20 12:45 469
Baş konsul: Azərbaycan danışıqlara hazırdır, amma öz şərtləri ilə
Azərbaycan danışıqlara hazırdır, amma bu dəfə öz şərtləri ilə, çünki 30 il səbrlə gözləmiş xalq artıq öz ərazilərini qaytarmalıdır. Bu, əcdadların torpağıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov deyib.
O bildirib ki, danışıqlar prosesi 30 ilə yaxındır ki, davam edir:"Yerevana çoxlu sayda müraciətlər olub. Amma Ermənistanın bugünkü rəhbərliyi hakimiyyətə gəldikdən sonra bu dialoqu, təəssüf ki, davam etdirmək mümkün olmadı”.
Konsul xatırladıb ki, sentyabrın 27-də səhər saatlarında növbəti dəfə sərhədyanı ərazilərin bombalanması başlayıb:
"Bu vəziyyətdə səbr etmək mümkün deyil, dinc sakinlər həlak olur. Biz hər ay insanları itiririk, müntəzəm olaraq erməni snayperlərinin atəşi nəticəsində insanlar ölür. Buna cavab olaraq bizimkilər atəş açır”.
banner

Oxşar Xəbərlər