• cümə, 26 Aprel, 13:05
  • Baku Bakı 23°C

Baş katib: Bazarın balanslaşdırılması fasiləsiz prosesdir

04.04.19 12:07 521
Baş katib: Bazarın balanslaşdırılması fasiləsiz prosesdir
Bakıda keçirilən OPEC+ görüşü göstərdi ki, bazarın balanslaşdırılması vəzifəsi fasiləsiz prosesdir.
Trend-in məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Malaboda (Ekvatorial Qvineya) VII APPO CAPE konfrans və sərgisində çıxış edərkən deyib.
O qeyd edib: "Bizim missiyamız uzunmüddətli nəticələrə hesablanıb. Bazarın balanslaşdırılması və sabitliyin saxlanması vəzifəsi fasiləsiz prosesdir. Bu, martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin sonuncu - 13-cü iclasında da aydın oldu".
M.Barkindo əlavə edib ki, neft hasilarının azaldılması üzrə OPEC+ sazişi qısamüddətli perspektivə hesablanmayıb: "Bizim uzunmüddətli məqsəd və tapşırıqlarımız var. Bu, Bakıda keçirilən iclasda da bəyan olundu".
O bildirib ki, Monitorinq Komitəsi 2019-cu il boyunca dünya neft bazarları ilə əlaqədar cari mürəkkəb qeyri-müəyyən vəziyyəti qəbul edib və sazişin bütün iştirakçı ölkələrinin bazarın sabitliyinin saxlanmasına və istənilən bazar disbalansının təkrarlanmasının qarşısının alınmasına görə ümumi məsuliyyətini vurğulayıb:
"İstehsalata yeni könüllü düzəlişlərə uyğun olan ümumi səviyyə 2019-cu ilin fevralında təqribən 90 faizə çatıb. Bu, yanvar ayında 83 faiz olub. Biz bu göstəricinin yaxın aylarda yaxşılaşacağını gözləyiri".
Qeyd edək ki, martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.
İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.
banner

Oxşar Xəbərlər