• cümə, 26 Aprel, 15:52
  • Baku Bakı 23°C

Assosiasiya: İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilər

09.02.18 16:09 929
Assosiasiya: İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilər
"İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilər".

"APA-Economics" xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu qanunvericiliklə qadağan olunmayıb: "Özəl kredit bürosu kommersiya təşkilatıdır və bağlanmış müqavilə əsasında xidmət göstərəcək. Yeni kredit bürolarının yaradılması qanunla qadağan deyil. İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilərlər. Bu ilk özəl kredit bürosu banklar tərəfindən yaradılıb. Bundan sonra yeni kredit bürolarının yaradılması istisna deyil".

Z. Nuriyev onu qeyd edib ki, Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatlar "Azərbaycan Kredit Bürosu"na əvəzsiz ötürülür.
banner

Oxşar Xəbərlər