Bank VTB 2017-ci ilin 1-ci rübünün yekunlarını elan edib
1 aprel
2017-ci il tarixinə bank VTB (Azərbaycan)-ın aktivləri 429 mln. manat təşkil
edib. Bankın öhdəlikləri 393,4 mln. manat olub ki, bundan 192,7 mln. manat və
ya 48% müştərilərin, bankların və maliyyə institutlarının payına düşüb. Bank məcmu
kapitalını 51 mln. manata qədər artırıb ki, bu da Mərkəzi Bankın kommersiya
bankların kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində
birinci dərəcəli kapitalın adekvatlıq səviyyəsi 22,1%, məcmu kapitalın
adekvatlığı isə 37,8% təşkil edib. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən,
bankın vergidən əvvəl mənfəəti 561,5 min manat təşkil edib.
Hesabat
dövründə bankın kredit portfeli 342,7 mln manat olub ki, bu vəsaitin 210 mln.
manatı və ya 61,3%-i sahibkarlığın inkişafı üçün nəzərdə tutulan kreditlərin
payına düşüb. Biznesə ayrılan vəsaitin əsas hissəsi ticarət və xidmət sahəsinin
maliyyələşdirilməsinə, eləcə də sənaye sektorundakı layihələrə yönəldilib, bu
kreditlər müvafiq olaraq 157 mln. manat və 50,3 mln. manat təşkil edib.
Bank,
2016-cı ilin sonunda yeni üçillik strategiya qəbul edib. 2017-2019-cu illəri əhatə
edən strategiyaya əsasən korporativ biznes istiqamətinin gücləndirilməsini nəzərdə
tutur. Yeni strategiyaya uyğun olaraq, bank kiçik və orta biznesə aid layihələri
reallaşdırmağa davam edəcək. VTB (Azərbaycan)-ın potensial müştərilərinə həmçinin
biznesləri Rusiya bazarına istiqamətlənmiş sahibkarlar, eləcə də Azərbaycan
bazarında işləməyə gələn Rusiya şirkətləri aiddir.