• cümə, 26 Aprel, 22:50
  • Baku Bakı 22°C

Bakının borclu sakinlərinə xəbərdarlıq: İşığınız kəsilə bilər

20.08.14 15:54 959
Bakının borclu sakinlərinə xəbərdarlıq: İşığınız kəsilə bilər
Elektrik enerjisindən istifadəyə görə debitor borcu yaranmış əhali və qeyri-əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı avqust ayının 23-ü saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
“Bakıelektrikşəbəkə” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.
banner

Oxşar Xəbərlər