• cümə, 26 Aprel, 17:47
  • Baku Bakı 23°C

Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb

05.06.18 09:15 588
Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb
Bu ilin ilk dörd ayında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 151,5 milyon manatlıq məhsul istehsal olunub.
Bakı şəhər Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,4 dəfə, metallurgiya sənayesində isə 35,2 faiz artım müşahidə edilib.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillərin istehsalı 42,2 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 5,1 dəfə, armatur istehsalı 33,7 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 36,5 faiz azalıb.
banner

Oxşar Xəbərlər