AZE | RUS | ENG |

Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı

Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı
Bakıda güclü küləyin aşırdığı TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, hadisə Ələt-Astara yolunda baş verib. Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən TIR-ı güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanadan Trend-ə verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir: "Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hal-hazırda vəziyyəti yaxşıdır". Hadisə nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917