AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açılacaq

Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açılacaq

Mədəniyyət
28 Yanvar 2020, 14:00 3174
Yanvarın 31-də görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət "Bir inci rəssam” adlı rəsm sərgisi açılacaq.
 
AZƏRTAC xəbər verir ki, 40-dək sənət əsərinin yer alacağı sərgi Mədəniyyət Nazirliyi təşkilatçılığı, "Rolls Royce” Bakı mərkəzinin dəstəyi ilə reallaşacaq.
 
Sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək. Sözügedən sayt netmedi.az tərəfindən təqdim olunacaq.