• cümə, 26 Aprel, 07:30
  • Baku Bakı 12°C

Bakıda daha bir yeraltı piyada keçidi istifadəyə verildi

05.03.14 12:25 1192
Bakıda daha bir yeraltı piyada keçidi istifadəyə verildi
Bu barədə çərşənbə günü Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, piyada keçidinin uzunluğu 105, eni 12 metr, hündürlüyü üç metrdir. Keçidin dörd girişi və çıxışı var. Artıq vətəndaşlar keçiddən istifadə edirlər.
Habelə göstərilən ərazidə yeraltı tunelin tikintisi də tamamlanma mərhələsindədir. Tunelin uzunluğu 940 metr, eni 16 metrdir. Tunel dörd zolaqdan ibarət olacaq və avtomobillərin hərəkəti iki istiqamətli olacaq: "Tunelin qapalı hissəsi 225 metrdir. Tikinti işləri asfalt-beton örtüyünün salınmasından və keçid yollarının tikintisindən sonra başa çatacaq".
banner

Oxşar Xəbərlər