AZE | RUS | ENG |

Bakıda beynəlxalq sığorta konfransı keçiriləcək

Bakıda beynəlxalq sığorta konfransı keçiriləcək
İyunun 20-21-də Bakıda "Azərbaycanda sığorta – yeni perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC konfransın saytına istinadən xəbər verir ki, konfrans Azərbaycanda yerli bazarın inkişafı ilə yanaşı, biznes tərəfdaşlığının gücləndirilməsində maraqlı olan bütün vacib subyektləri bir araya gətirəcək. Tədbirdə Qafqaz regionunda sürətlə böyüyən sığorta bazarına təsir edən ən son tendensiyaların müzakirəsi aparılacaq.

Konfransda "Yerli sığorta bazarına baxış: güc və imkanların genişləndirilməsi", "İcbari sığorta siniflərinin tətbiqi üzrə beynəlxalq təcrübə", "Kənd təsərrüfatı sığortasında risklərin qiymətləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi yolları", "İnklüziv sığorta və mikrosığorta: yerli bazar üçün ən uyğun təcrübələr" kimi mövzular müzakirə olunacaq.

Tədbirin ikinci günündə "Yeni inkişaf lokomotivlərinin hazırlanması" mövzusunda xüsusi seminar təşkil ediləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2371
TRY 1 Türk lirəsi 0.3577
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9671
CHF 1 İsveçrə frankı 1.7073
USD 1 ABŞ dolları 1.7000