Bakıda Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi keçiriləcək

Bakıda Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi keçiriləcək

İqtisadiyyat
09 Noyabr 2019, 09:30 650
Noyabrın 10-da Bakıda Beynəlxalq Kollegial Proqramlaşdırma (ICPC - International Collegiate Programming Contest) regional yarışması təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycanın müxtəlif təhsil ocaqlarında və universitetlərində oxuyan 250-dək tələbənin iştirak edəcəyi gözlənilir. Yarışmada qalib gələn tələbələr Gürcüstanda keçiriləcək növbəti mərhələdə ölkəmizi təmsil edəcəklər.
ICPC kimi tanınan Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsi hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çoxmərhələli rəqabət yarışıdır. 2018-ci ildə ICPC müsabiqəsində 110 ölkənin 3 min 223 universitetindən 52 mindən çox tələbə iştirak edib.
Regional müsabiqənin baş sponsoru PAŞA Bankdır.