AZE | RUS | ENG |

Bakıda bal yarmarkası təşkil olunacaq

Bakıda bal yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.
Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.
Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr
Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr
Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr
Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr
Dağlıq Şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr
Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888