• cümə, 26 Aprel, 13:01
  • Baku Bakı 23°C

Bakıda bal yarmarkası - bu dəfə daha az məhsul var

15.10.16 12:49 1145
Bakıda bal yarmarkası - bu dəfə daha az məhsul var
Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.Trend-in məlumatına görə, açılışda iştirak edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib ki, yarmarkaya aşağı keyfiyyətli olması səbəbindən 23,5 ton məhsul buraxılmayıb.
O qeyd edib ki, bu il yarmarkaya ötən ilə nisbətən az məhsul çıxarılıb. 2015-ci ildə 250 ton arıçılıq məhsulu təqdim edilmişdisə, cari ildə bu göstərici 71,7 tondur.
Nazir müavini buna səbəb kimi bütün dünyada, o cümlədən Azərbaycanda qeyri-sabit hava şəraitini göstərib. Məsələn, Avropada əlverişsiz hava şəraiti səbəbindən istehsal olunan arıçılıq məhsulları ötən illə müqayisədə təqribən 60 faiz azalıb.
banner

Oxşar Xəbərlər