AZE | RUS | ENG |

Bakıda avtomobillər bahalaşıb

Bakıda avtomobillər bahalaşıb
2018-ci ilin noyabrında Bakının avtomobil bazarında orta qiymət 42 152 manat təşkil edib.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, oktyabrla müqayisədə qiymətlər noyabrda 12,22 faiz artıb.

N.İbrahimov bildirib ki, noyabr ayında ümumilikdə 1 729 avtomobil satışa çıxarılıb:

"Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli avqustda 2,26 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 87,39 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 41 512 manat təşkil edib. Oktyabrla müqayisədə bu, 10,15 faiz artım deməkdir. Dizel mühərrikli avtomobillər bazarın 12,61 faizini təşkil edib, orta qiymət isə 45 314 manat olub (22,9 faiz artım). Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77 faiz, orta qiyməti 50 932 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 24,23 faiz, orta qiyməti 13 644 manat təşkil edib”.

Ekspert bildirib ki, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 150,39 min kilometr təşkil edib ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 13,61 faiz az olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176