• cümə, 26 Aprel, 17:38
  • Baku Bakı 23°C

Bakıda 4 ayda əhaliyə 6 milyard manatlıq məhsul satılıb

30.05.19 09:37 490
Bakıda 4 ayda əhaliyə 6 milyard manatlıq məhsul satılıb
2019-cu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 6 milyard 357,1 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3 milyard 545,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
banner

Oxşar Xəbərlər